Siyasi ideologiya nəyə lazımdır?

  • Post comments:1 Comment
  • Reading time:2 mins read

Çoxları hesab edir ki, ideologiyası olan adam sosial və siyasi mövzuların müzakirəsində qərəzli olur və bu növ müzakirələrdə gərək insan öz ideologiyasına əsaslanmasın. Bir növü belə düşünən insanlar hesab edirlər ki, sən siyasi mövzuları müzakirə etdiyin zaman əvvəlcədən formalaşmış dəyərlər sistemin olmamalıdır. Bəs bu, doğru və ağlabatan yanaşmadırmı? Həmçinin ideologiyalar bizi doqmatikləşdirirmi?

Biz hesab edirik ki, sosial və siyasi mövzuların müzakirəsinə qoşulmaq istəyən hər bir kəsin ideologiyası – siyasi dəyərlər sistemi olmalıdır. Əks təqdirdə bizim siyasi dəyərlərimizin iyerarxiyası nə bizə, nə də qarşı tərəfə aydın olacaq və biz müdafiə etdiyimiz siyasi xəttlərdə məntiqi ardıcıllığı qoruya bilməyəcəyik. Həmçinin, ideologiyamıza tənqidi yanaşdığımız, mütəmadi olaraq öz siyasi dəyərlərimizi sorğuladığımız və hansısa bir və ya bir neçə müəllifi ideoloji məsələlərdə yekun avtoritet kimi qəbul etmədiyimiz halda bir ideologiyaya mənsub olmağımız bizi mütləq şəkildə doqmatikləşdirmir.

Müəllif(lər)

Vebsayt | + Digər yazıları

Yazar, sosial media müşahidəçisi. BBC Azərbaycanca, Abzas.org, Kultura.az, Azadlıq Radiosu, OC Media və bir çox saytda yazıları mütəmadi olaraq yayımlanır. Rasional.org saytının təsisçisidir.

+ Digər yazıları

Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.

This Post Has One Comment

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.