Vətəndaş millətçiliyi

  • Post comments:0 rəy
  • Reading time:3 mins read

Son dövrlərdə Azərbaycanda özünü “vətəndaş millətçisi” kimi təqdim edən şəxslərin sayı artıb. Lakin Azərbaycandakı vətəndaş millətçilərinin müşahidə etdiyimiz hər biri bəzən “Azərbaycan milləti” anlayışına tərif verərkən milli kimliyin mədəni və etnik elementləri ilə vətəndaşlıq elementlərini qarışdırırlar. Əlavə olaraq, biz iddia edirik ki, vətəndaş millətçiliyi Azərbaycanda tətbiq edilə bilməz və ya bir Azərbaycan vətəndaşı millətçiliyin bu növünün şərtlərinə sadiq qala bilməz çünki vətəndaş millətçiliyinin beş şərtinin heç də hər biri Azərbaycan kontekstində ödənilmir. Son olaraq isə mədəni kimlik ilə siyasi kimlik arasında mütləq bağın olmadığını izah edir, həmçinin “millət” anlayışına verilən tərifin “vətəndaşlıq” anlayışı üzərində qurulmasının əsassız olduğunu iddia edirik.

Müzakirəmiz zamanı millətçiliyə belə tərif verdik: “millətçilik millət adlanan bir qrup şəxsin birlikdə siyasi muxtariyyət (suverenlik) əldə etməyə yönəlmiş ideologiya və ya hərəkatıdır.” Bəs bu tərifdəki “millət” anlayışının tərifi nədir? Ya da“milli kimlik” nəyin əsasında müəyyən edilir? Bunu elmi ədəbiyyatda adətən üç anlayışa əsasən müəyyən edirlər. “Milli kimliyin” bazisi kimi tez-tez istifadə təsnifat aşağıdakı kimidir.

  • Vətəndaş (civic):
    1. Ortaq ərazi
    2. Vətəndaşlıq,
    3. Eyni siyasi prinsip və ya ideologiyaya olan inanc
    4. Siyasi qurumlara hörmət və hər kəsin bərabər siyasi hüquqlarının olması
    5. Millətin bir hissəsi olmaq istəyi.
  • Mədəni (cultural):
    1. Dominant dinə inam,
    2. Dominant dildə danışa bilmək,
    3. Dominant adətləri qəbul etmək.
  • C.Etnik (ethnic):
    1. Ortaq əcdad,
    2. Dominant irqi qrupa mənsub olmaq.

Yuxarıdakı klassifikasiya elmi ədəbiyyatda geniş istifadə olunur.

Mənbə: Shulman, Stephen. 2002. ‘Challenging the civic/ethnic and West/East dichotomies in the study of nationalism,’ Comparative Political Studies 35, 5: 554–85.

Müəllif(lər)

Vebsayt | + Digər yazıları

Yazar, sosial media müşahidəçisi. BBC Azərbaycanca, Abzas.org, Kultura.az, Azadlıq Radiosu, OC Media və bir çox saytda yazıları mütəmadi olaraq yayımlanır. Rasional.org saytının təsisçisidir.

+ Digər yazıları

Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.