Kapitalizm – bütün sosial xəstəliklərin səbəbkarı?

  • Post comments:0 Comments
  • Reading time:4 mins read

“Siz əslində bazarertəsinə nifrət etmirsiniz, kapitalizmə nifrət edirsiniz.”

Bu sitat müasir kapitalizmin ən məşhur tənqidçilərindən olan sloven filosof Slavoy Jijekə aiddir. Müxtəlif müəlliflər də bu və ya buna oxşar fikirlərdən yola çıxaraq fərdlərin təcrübə etdiyi depressiyanı birbaşa və bilvasitə kapitalizmlə əlaqələndirir. Bu cür tənqidlərin əsas məğzi ondan ibarətdir ki, kapitalizmin fərdləri produktiv olmağa məcbur etməsi insanların psixi sağlamlığına müxtəlif zərərlər vurur. Digər yandan, kapitalist cəmiyyətlərdəki gəlir bərabərsizliyi də digər bir səbəb hesab edilir.

Qeyd etmək lazımdır ki, depressiya fərdi olduğu qədər ictimai tərəfi də olan bir pozuntu olduğundan fərdin yaşadığı cəmiyyətin bu məsələdə rolu ola bilər. Bu səbəblə cəmiyyətdə psixi sağlamlıq ilə bağlı pozuntular genişbir hal almaqla yanaşı getdikcə artış göstərirsə sosial böhran daha da dərinləşir. Belə olan halda bu böhran təkcə fərdlərin deyil, ümumən cəmiyyətin də payına düşür.

Tənqidçilər adətən kapitalizmin gəlir bərabərsizliyi vasitəsilə cəmiyyətdə sağlamlıq və sosial problemlərə (yəni, sosial xəstəliklərə) səbəb olduğunu yazır. Gəlir bərabərsizliyinin isə son dövrdə yüksəlişdə olduğu bildirilir. Bəs gəlir bərabərsizliyinin artışı ilə birlikdə sosial xəstəliklərin daha da geniş hal alması müşahidə olunurmu?

Başqa sözlə, kapitalist cəmiyyətlərdə bu baxımdan vəziyyət nə yerdədir? 40 zəngin ölkə üzrə iqtisadi şəraitin sosial xəstəliklər üzərindəki təsirini hərtərəfli tədqiq edən ən son tədqiqat sol siyasətin məşhur bərabərsizlik fərziyyəsini yenidən sual altına qoyur. Həmçinin qeyd etmək lazımdır ki, bu tədqiqat iqtisadi şərtlər və sosial xəstəliklər arasında çoxsaylı potensial vasitəçinin empirik sınaqdan keçirildiyi ilk məcmu səviyyəli işdir.

Təqdiqatçıların gəldiyi nəticə əsas etibarilə bundan ibarətdir ki, sosial xəstəliklərdə (2 ölkə xaric) getdikcə eniş müşahidə olunur. Bu enişdə əsas pay sahibi olaraq isə rifah artışı göstərilir. Digər yandan, gəlir bərabərsizliyi cəmiyyətdə o halda sosial xəstəliklərin artışına səbəb olur ki, həmin ölkədə yaxın müddət ərzində rifah səviyyəsində artış qeydə alınmayıb. Həmçinin, fərdlər tərəfindən təcrübə olunan status təşvişi (narahatlığı) iqtisadi olaraq qeyri-bərabər cəmiyyətlərdə deyil, məhz daha kasıb cəmiyyətlərdə daha yüksək səviyyədə müşahidə olunub. Digər vacib məqam odur ki, tədqiqatın əhatə etdiyi 2000-2015 illəri ərzində gəlir bərabərsizliyində dəyişiklik sosial xəstəliklər səviyyəsində hansısa bir dəyişikliyə səbəb olmayıb.

Buna görə də tədqiqatçılar sosial xəstəlik baxımından daha sağlam cəmiyyət istənilirsə, gəlir bərabərsizliyindən daha çox iqtisadi rifah artışını təmin edən islahatlara gedilməli olduğunu tövsiyə edirlər. Çünki onların ifadəsinə görə, daha zəngin cəmiyyətlərlərdəki insanlar həm də sosial baxımdan daha sağlam olurlar, ya da başqa sözlə “daha zəngin olan daha sağlamdır” ifadəsi müasir cəmiyyətlərə də şamil edilə bilər.

İqtisadi baxımdan rifah artışı sosial xəstəliklərin azalması ilə əlaqədar olduğu üçün bu araşdırma saytımızda tərcümə etdiyimiz görkəmli iqtisadçı Deirdre Makkloskinin məqaləsində irəli sürülən əsas fikri başqa bir aspektdən təsdiqləyir.

 

Müəllif(lər)

+ Digər yazıları

Students for Liberty təşkilatının İstanbul üzrə koordinatoru

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.