Respublikaçı azadlıq nəzəriyyəsinin tənqidi

  • Post comments:0 Comments
  • Reading time:5 mins read

Respublikaçılar aşağıdakı üç məsələ üzrə tənqid edilirlər:
1. Xüsusi azadlıqlar və Ümumi azadlıq arasındakı fərq
2. Azadlığın təyin edilməsində ehtimalın rolu
3. Xüsusi azadlıqların proqnozu

Xüsusi azadlıqlar və Ümumi azadlıq arasındakı fərq

Ümumi azadlıq fərdin eyni zamanda icra edə biləcəyi imkanlarının cəmidir. Hökmranlıq fərdin bu imkanlarından hansısa birini aradan qaldırırsa (silirsə, məhv edirsə), onda onun ümumi azadlığı azalır. Yəni neqativ anlayışa (NA) görə də hökmranlıq azadlığı məhdudlaşdıran bir amildir. Hökmranlıq nəticəsindəki müdaxilənin reallaşması şərt deyil, bu, hipotetik (potensial) müdaxilə də ola bilər. RA təkcə intensional (bilərəkdən edilmiş) aktları nəzərə alırsa və bilərəkdən edilməyən aktları qəsbkar yox, pozucu maneə hesab edir və RA-ya görə bilərəkdən edilməyən aktlar (pozucu maneələr) qeyri-azadlıq yaratmır. NA isə istənilən insan fəaliyyəti nəticəsində azadlığın məhdudlaşdırılmasını qeyri-azadlıq hesab edir.

Misal: A B-ni həbs etmək üçün qapını bağlayır. Amma otaqda C də var imiş, lakin A C-nin orada olduğundən xəbərsiz idi və A-nın C-nin otaqda olduğunu güman etməsini gözləmək düzgün deyil. Nəticədə RA-ya görə A B-ni qeyri-azad edir, lakin C-ni qeyri-azad etmir: yəni B-nin vəziyyəti qeyri-azadlıq, C-nin vəziyyəti isə azadlıqsızlıq olur.

Azadlığın təyin edilməsində ehtimalın rolu

Birincisi, RA-ya görə əhəmiyyətli olan (ixtiyari) müdaxilənin az ehtimallı olması yox, qeyri-mümkün olmasıdır. NA-ya görə isə əsas olan ixtiyari müdaxiləyə sahib adamın öz gücündən istifadə etmək ehtimalının az olmasıdır. Qısası RA əslində ehtimalı rədd edib sırf qeyri-mümkünlük tələb etmir, bu bölgü problemlidir. Hökmranlıq qurmaq üçün lazım olan resursların mövcudluğu özü də ehtimalla bağlı məsələdir.

İkincisi, praktikada RA və NA demək olar eyni siyasi xətti üstün tutacaq çünki hökmranlıq üçün kifayət qədər resursu olan adamın öz gücündən istifadə etməsi ehtimalını azaltmağın ən yaxşı yolu ilk növbədə həmin adamın hökmranlıq üçün istifadə edə biləcəyi resursların qarşısını almaqdır.

Alicənab Nəhəng misalı. AN hökmranlıq edir, amma biz icmanı qeyri-azad hesab etsək, onda AN öz gücündən istifadə edəndə də icma qeyri-azad hesab ediləcək, etməyəndə də. Buradakı məsələ azadlıq və qeyri-azadlıq deyil, azadlığın təhlükəsizliyidir.

Lenni və Corc misalı. Lenni güclüdür amma Corc ağıllıdır. Corc Lenni üzərində hökmranlıq qurub onu öz istədiyi kimi işlədir. Yəni RA-ya görə hökmranlıq edən şəxs (Corc) özü qurban (Lenni) tərəfindən hökmranlıq altında qalır (stisnamara və bullinqə məruz qalır).

Xüsusi azadlıqların proqnozu

Xüsusi azadlığın fərdə aid edilməsinin zamanla bağlı münasibətinə belə tərif vermək olar: əgər (yaxın və ya uzaq) gələcəkdəki bir v vaxtında A X aktını icra etmək baxımından hazırda azaddırsa, deməli, aktın icra ediləcəyi v vaxtı ilə hazırkı vaxt arasında A-nın imkanları daxilində ən azı bir yol var ki, A həmin yola əməl edərək v vaxtında X-ı icra etməyi bacarsın və heç kəs A-ya müdaxilə etməsin. Beləliklə, əgər A-nın gələcəkdə X aktını icra etməsi üçün indidən həmin aktın icrasına qədərki zaman dilimində A-nın əməl edə biləcəyi ən azı bir yol varsa, onda deyə bilərik ki, A X aktını icra etmək baxımından hazırda azaddır.

Ədəbiyyat

  1. Carter, Ian. “How Are Power and Unfreedom Related?” In Republicanism and Political Theory, edited by Cecile Laborde and John Maynor, 58–82. Malden, MA: Wiley-Blackwell, 2008.
  2. Kramer, Matthew H. “Liberty and Domination.” In Republicanism and Political Theory, edited by Cecile Laborde and John Maynor, 31–57. Wiley-Blackwell, 2008.
  3. Sharon, Assaf. “Domination and the Rule of Law.” In Oxford Studies in Political Philosophy, Volume 2, edited by David Sobel, Peter Vallentyne, and Steven Wall, 128–155. Oxford University Press, 2016.

Müəllif(lər)

Vebsayt | + Digər yazıları

Siyasi filosof. Pavia Universitetinin tədqiqatçısı.

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.